Neft 3 faizdən çox ucuzlaşıb

Neft 3 faizdən çox ucuzlaşıb<span class="qirmizi"></span>

İş həftəsinin sonuna doğru iqtisadiyyat və bank sektoru üzrə qorxular gücləndiyi üçün neft qiymətləri düşür.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, Brent markalı neftin may fyuçerslərinin qiyməti 3,5% ucuzlaşaraq 73,25 dollar/barel, WTI markalı neftin may fyuçersləri 3,8% azalaraq 67,30 dollar/barel olub.

Həftənin son iş günü bazarlar riskdən qaçmağa daha çox meyllidir, çünki dünya mərkəzi bankları uçot dərəcəsini artırmağa davam edir. Monetar sərtləşdirmə iqtisadiyyatla bağlı gözləntilərə mənfi təsir göstərir və bu da öz növbəsində neftə tələbatı azalda bilər.

Mənbə: marja.az