Bu nəhəng bankın səhmləri qəflətən ucuzlaşdı

Bu nəhəng bankın səhmləri qəflətən ucuzlaşdı<span class="qirmizi"></span>

Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"ın səhmləri XETRA birjasında 13 faizdən çox ucuzlaşıb.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, səhmlər 7,9 avroya düşüb.

Paralel olaraq, “Deutsche Bank”-ın kredit defolt svopları (CDS) kəskin surətdə yüksəlib - bankın borcunu defoltdan sığortalamaq xərcləri 18 faiz artaraq dörd ilin maksimumuna çatıb.

Qeyd edək ki, ABŞ-da “Silikon Valley Bank” bağlandıqdan sonra “Signature Bank”-ı da oxşar aqibət gözləyirdi və Avropada maliyyə problemlərinə görə İsveçrə Credit Suisse rəqibi UBS ilə birləşdi. İsveçrənin ikinci ən böyük bankının ələ keçirilməsi investorların kredit təşkilatlarının qiymətli kağızlarından vəsaitlərini kütləvi şəkildə çıxarmağa başlamasının başqa bir amili oldu.

ABŞ bazarında bank səhmləri ABŞ Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsinin növbəti artımı fonunda iki həftəlik eniş dalğasını davam etdirib. Avropa bazarı hazırda eyni dinamikanı yaşayır - regionun ən böyük bankları "Commerzbank", "Credit Suisse", "Societe Generale" və UBS yeddi faizdən çox qiymət itirirlər.

“Bununla belə, İsveçrənin ən böyük banklarından birinin “Credit Suisse”-ni müflis olmaqdan xilas etmək Avropada bank böhranının bitdiyinə zəmanət vermir”, - bunu “Otkritie” qrupunun keçmiş rəhbəri Mixail Zadornov bir müddət əvvəl bildirib. Onun sözlərinə görə, digər Avropa ölkələrinin iri banklarının da maliyyə problemləri olacaq. Regionun ən zəif bankları arasında o, dünyanın ən qədim banklarından olan İtaliyada “Monte dei Paschi di Siena” və Almaniyada “Commerzbank”-ın da adlarını çəkib.

 

Mənbə: publika.az