13 minlik iftar menyusu... - Niyə bu qədər bahadır?

13 minlik iftar menyusu... - Niyə bu qədər bahadır?<span class="qirmizi"></span>

Mübarək Ramazan ayı dünəndən etibarən başlayıb. Bu dönəmdə restoranlarda iftar menyuları da insanlara təklif olunur. Ancaq sosial şəbəkələrdə iftar menyularının kəllə-çarxa qalxması diqqətdən də yayınmır.

Lent.az xəbər verir ki, söhbət Türkiyədəki lüks restoranlarda iftar menyularının bahalığından gedir. Belə ki, menyuda adambaşı qiymət 1 200 - 3 min 280 türk lirəsi (təxminən, 300 manat) arasında dəyişir.

Təbii ki, qiymətlər məkandan da asılı ola bilir. Məsələn, İstanbul boğazındakı restoranlarda dörd nəfərlik iftar menyusunun qiyməti 13 min 700 TL-dir (təxminən, 1200 manatdan çox). Menyuya isə Ramazan pidələri, xurma, şirniyyat və s. kimi iftarlıq qidalar, salat və şorba çeşidləri, isti yeməklər, suşi, dönər, kabablar və açıq bufetlər daxildir. Aşağı qiymətli olan menyuda süfrəyə daha az yeməklər verilir.

İftar menyularının bu cür bahalı qiymətləri sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzular arasındadır. Mübarək ayda qiymətlərin aşağı olmağındansa, bahalılığı sual doğurur. Bunun isə səbəbi çox artım, yəni iqtisadi böhrandır. Məlumatlara görə, ötən ilə nisbətən bu böhran bu il qiymətləri 148 faiz artırıb.

Mənbə: lent.az