Azərbaycan səfiri: “ TAP-ın genişləndirilməsi mükəmməl addımdır”

Azərbaycan səfiri: “ TAP-ın genişləndirilməsi mükəmməl addımdır”<span class="qirmizi"></span>

Trans Adriatik boru kəmərinin (TAP) potensialının 20 milyard kubmetrə qədər genişləndirilməsi mükəmməl addımdır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov özünün “Twitter” hesabında qeyd edib.

Səfirin sözlərinə görə, TAP ilə Azərbaycan qazının Avropaya ixracı 2022-ci ildə 11,4 milyard kubmetr təşkil edib.

“TAP-ın potensialının 20 milyard kubmetrə qədər genişləndirilməsi mükəmməl addımdır və Bolqarıstanın təşəbbüsü ilə həyata keçirilən “Həmrəylik halqası” (Solidarity Ring) layihəsi ən yaxşı halda yeni tendensiyalardan istifadə etmək, Azərbaycanın resurslarını yeni Avropa bazarlarına uyğunlaşdırmaq üçün bir yol ola bilər”, - deyə o, əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Mənbə: report.az