İngiltərənin qərbindəki Pul şəhərinin limanında “Perenko” (“Perenco”) neft-qaz şirkətinin boru kəmərindən neft sızması qeydə alınıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, “200 barel civarında qatı maye” insident nəticəsində körfəzə tökülüb.
Məlumata görə, boru kəməri üzərindən neftin vurulması dayandırılıb, hadisə yerinə neft dağılmasının aradan qaldırılması üzrə mütəxəssislər cəlb olunub.
Yerli orqanlar sakinləri növbəti xəbərdarlığadək suda çimməkdən çəkinməyə çağırıb.
Böyük Britaniyanın Ətraf Mühit Agentliyi “böyük həcmdə neft” məlumatları aldığını bildirib.
Mənbə: report.az