Azərbaycana xaicdən gətirilən gübrə – KƏSKİN BAHALAŞIB

Azərbaycana xaicdən gətirilən gübrə – KƏSKİN BAHALAŞIB<span class="qirmizi"></span>

Azərbaycana xaricdən gətirilən gübrənin həcmi kəskin artıb, qiyməti isə bahalaşıb.

FED,az xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrdən Azərbaycana 14,2 min ton gübrə idxal edilib. Onun ümumi dəyəri 10,2 milyon dollar olub.
2022-ci ilin eyni dövründə isə xaricdən Azərbaycana ümumi dəyəri 5 milyon dollar olan 8 905 ton gübrə idxal edilmişdi.

Başqa sözlə, ötən illə müqayisədə gübrə idxalı 60%-dən çox artıb. Dəyər ifadəsində isə gübrənin idxalında 2 dəfəyə yaxın artım var.

2023-cü ilin ilk 2 ayında 1 ton gübrənin orta idxal dəyəri 732 dollar təşkil edib. Ötən il isə bu göstərici 561 dollar idi, başqa sözlə, idxal olunan gübrənin 1 tonu ötən ilə nisbətən 171 dollar və ya 30% bahalaşıb.

Mənbə: fed.az