Böhranı "alovlandıran" bank satıldı

Böhranı "alovlandıran" bank satıldı<span class="qirmizi"></span>

Böhrana səbəb olan ABŞ-ın Silikon Vadisi Bankı (SVB) ilə bağlı yekun qərar açıqlanıb.

Marja ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) yaydığı açıqlamaya xəbər verir ki, First Citizens Bank, SVB qrupunun əmanətlərini və kreditlərini təhvil almağa razılaşıb.

Martın 10-na olan məlumata görə, Silican Valley Bank təxminən 167 milyard dollar aktivlərə və 119 milyard dollar cəmi əmanət portfelinə malik olub.

Razılaşmaya 16,5 milyard dollar endirimlə 72 milyard dollarlıq aktivlərin alınması daxildir. Təxminən 90 milyard dollarlıq qiymətli kağızlar və digər aktivlər FDIC-nin ləğvetmə bölməsində qalacaq.

FDIC bankdakı böhranın qurumun əmanətlərin sığortalanması fonduna təxminən 20 milyard dollara başa gələcəyini proqnozlaşdırır.

Mənbə: marja.az