Rusiyadan etiraf: taleyi bəlli deyil

Rusiyadan etiraf: taleyi bəlli deyil<span class="qirmizi"></span>

“Şimal axını”nın taleyi hələ aydın deyil.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib.

“Qərb ölkələrinin Rusiyanın özünün enerji obyektində terror aktını araşdırmasının qarşısını almaq üçün indiki hərəkətləri enerji sektorunda Rusiya Federasiyası ilə normal münasibətlərə maraq göstərmədiyini göstərir”, - Biriçevski bildirib.

Xatırladaq ki, Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində - "Şimal axını 1" və "Şimal axını 2"də 2022-ci il sentyabrın 26-da birdən-birə partlayışlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər. “Şimal axını”nın operatoru “Nord Stream AG” qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib.

Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.

Mehti Kamiloğlu

Mənbə: publika.az