Orxan Məmmədov: "Rayonlarda 65 kənd qonaq evi yaradılıb"

Orxan Məmmədov: "Rayonlarda 65 kənd qonaq evi yaradılıb"<span class="qirmizi"></span>

"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarında 65 kənd qonaq evi yaradılıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Tvitter" hesabında bildirib.

"KOBİA və tərəfdaşların dəstəyilə icra olunan layihə regionlarda sahibkarlığı təşviq edir", - deyə o qeyd edib.

KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsinin məqsədi regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılmasıdır.

Mənbə: report.az