Mərkəzi Bank uçot dərəcəsini artırdı

Mərkəzi Bank uçot dərəcəsini artırdı<span class="qirmizi"></span>

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılıb.

Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.

Mənbə: qafqazinfo.az