Bu ölkənin gündəlik neft hasilatı 1 milyon bareli ötdü - Gəlirlər gizlədilir

Bu ölkənin gündəlik neft hasilatı 1 milyon bareli ötdü - Gəlirlər gizlədilir<span class="qirmizi"></span>

Liviyanın gündəlik xam neft hasilatı 1 milyon 207 min barelə çatıb.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Milli Neft Şirkəti açıqlayıb.

Açıqlamada neftdən əldə edilən gəlirlərlə bağlı heç bir təfərrüat verilməyib.

Liviya Mərkəzi Bankının cari ilin yanvarın 4-də açıqladığı məlumata görə, 2021-ci ildə 103,4 milyard dinar olan neft gəlirləri, 2022-ci ildə 105,5 milyard dinara (təxminən 22,01 milyard dollar) yüksəlib.

Başqa sözlə, 2022-ci ildə neft gəlirlərində əvvəlki ilə nisbətən 440 milyon dollar artım olub.

Mənbə: teleqraf.com