Rusiyada avtomobil istehsalı sürünür...

Rusiyada avtomobil istehsalı sürünür...<span class="qirmizi"></span>

Budur, “Rosstat” bu ilin fevral ayında Rusiyada minik avtomobillərinin istehsalının 69,9 faiz azaldığını iddia edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu ilin iki ayı ərzində Rusiyada cəmi 54 minə yaxın avtomobil istehsal edilib.

Halbuki, ötən ilin yanvar-fevral aylarında avtomobil istehsalındakı göstəricilər 73,5 olmuşdu.

Qeyd edək ki, bu ilin İlk iki ayında 18,4 minə yaxın yük maşını istehsal edilib, yəni ötən illə müqayisədə 30,6 faiz az.

Onu da qeyd edək ki, fevralda yük maşını istehsalının sayı 12,6 min ədədə çatıb.

Rusiyada avtobusların istehsalı da ilin əvvəlindən bəri 14 faiz azalıb.

Fevralda daxiliyanma mühərriklərinin istehsalı 15,5 min ədəd təşkil edib ki, bu da ötən illə müqayisədə 66,5 faiz azdır.

Siz də deyrdiniz ki, sanksiyalar ruslara təsir-filan etmir?

Ağasəf Babayev

Mənbə: sia.az