Qazaxıstanın əmtəə istehsalçılarından ibarət iqtisadi-ticarət missiyası Bakıya səfər edəcək

Qazaxıstanın əmtəə istehsalçılarından ibarət iqtisadi-ticarət missiyası Bakıya səfər edəcək<span class="qirmizi"></span>

Qazaxıstanın əmtəə istehsalçılarından ibarət iqtisadi-ticarət missiyası gələn həftə Bakıya gələcək.

Bu barədə "Report"a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayevin rəhbərlik edəcəyi nümayəndə heyətinin səfəri çərçivəsində aprelin 5-də Bakıda tədbir keçiriləcək. Tədbirin məqsədi Qazaxıstan şirkətləri ilə Azərbaycanın potensial idxalçıları, treyderləri və distribütorları arasında birbaşa əlaqələrin qurulması, ticarət əlaqələrinin intensivləşdirilməsidir.

Mənbə: report.az