Ötən il xaricdən Azərbaycana göndərilən baratların 82 %-i Rusiyanın payına düşüb

Ötən il xaricdən Azərbaycana göndərilən baratların 82 %-i Rusiyanın payına düşüb<span class="qirmizi"></span>

Ötən il ərzində fiziki şəxslər Azərbaycandan xaricə 664,798 milyon ABŞ dolları köçürüb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 0,5 % çoxdur.

Hesabat dövründə fiziki şəxslərin Azərbaycandan xaricə köçürdükləri pul baratlarının 26,2 %-i və ya 173,894 milyon ABŞ dolları Türkiyənin (2021-ci illə müqayisədə 4,2 % çox), 20,6 %-i və ya 136,824 milyon ABŞ dolları ABŞ-ın (2,7 dəfə çox), 13,6 %-i və ya 90,439 milyon ABŞ dolları Rusiyanın (22,9 % az), 8,9 %-i və ya 59,322 milyon ABŞ dolları (24,6 % az), 4,7 %-i və ya 31,27 milyon ABŞ dollarıı isə Birləşmiş Krallığın (31,9 % az) payına düşüb.

Ötən il fiziki şəxslərin xaricdən Azərbaycana göndərdikləri pul baratlarının həcmi 2021-ci illə müqayisədə 3,2 dəfə artaraq 3,62 milyard ABŞ dollara çatıb. Bunun 82 %-i və ya 2,969 milyard ABŞ dolları Rusiyanın (illik müqayisədə 4,8 dəfə çox), 4,3 %-i və ya 155,342 milyon ABŞ dolları ABŞ-ın (2,1 dəfə çox), 3,4 %-i və ya 122,141 milyon ABŞ dolları Türkiyənin (13,3 % çox), 1,5 %-i və ya 53,585 milyon ABŞ dolları Almaniyanın (99,2 % çox), 0,9 %-i və ya 33,959 milyon ABŞ dolları isə (7,7 % az) payına düşüb.

Mənbə: report.az