Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ

Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ<span class="qirmizi"></span>

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar imzalandığı tarixdən 30 gün sonra qüvvəyə minəcək.

Yeni qərar ölkədə avtomobil bazarına öz təsirini göstərəcək. Belə ki, avtomobillərin qiymətində artım olacağı proqnozlaşdırılır. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da BAKU.WS-ə bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı Azərbaycanda avtomobil parkının yenilənməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlib: "Yeni qərardan sonra yay mövsümündə ikinci əl avtomobil bazarında dəyişiklik ola bilər. Təxminlərə əsasən, köhnə avtomobillərin qiyməti 2 faiz bahalaşa bilər".

Mənbə: baku.ws