Avtomobillərlə bağlı yeni qərarın PƏRDƏARXASI: Düşünülən ekologiya, yoxsa cibəgirmə...? - ETİRAZ

Avtomobillərlə bağlı yeni qərarın PƏRDƏARXASI: Düşünülən ekologiya, yoxsa cibəgirmə...? - ETİRAZ<span class="qirmizi"></span>

Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsinin məhdudlaşdırılması qərarı ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, bəzi insanlar bu qərarı dəstəkləsələr də, bəziləri isə əksinə, bu qərarın heç də ekoloji mühitin qorunmasına hesablanmadığı qənaətindədir.

Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədovun məsələyə münasibəti də fərqlidir:

“Kasıb təbəqənin hardansa cüzi gəlir yeri varsa, onu tapıb bağlayırlar. Bu təzə gömrük rəhbrini guya ətraf mühit maraqlandırır?.. Maraqlandırsaydı, ölkəyə gətirlən köhnə hibrid avtomobillərin akkumulyatorları üçün utilizasiya poliqonunun olmadığını diqqətə çatdırıb, nəsə bir təşəbbüs göstərərdi. 10 il əvvəl istehsal olunan avtomobilləri ölkəyə gətirmək mümkün olmayacaq. Amma hibrid avtomobillərin akkumlyatorlarını hara gəldi atırlar və bunun ətraf mühitə öldürücü təsiri heç kəsin vecinə deyil”.

Cəvahir

www.yenicag.az

Mənbə: yenicag.az