“Əli Əhmədov qiymətlərin baha olmasının səbəbini bilmir?

“Əli Əhmədov qiymətlərin baha olmasının səbəbini bilmir?

“Doğrudanmı Əli Əhmədov bazarda qiyməylətin yuxarı olmasının səbəbkarının piştaxta arxasındakı satıcı olmadığını bilmir?!”

“Yeni Sabah” xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O, bildirib ki, qiymətlər ona görə belə yüksəkdir ki, ölkədə analoqu olmayan korrupsiya, rüşvətxorluq, bütün iqtisadi sahələr, o cümlədən kənd təsərrüfatı mallarının istehsalı, ölkəyə gətirilməsi və satışı üzərində monopoliya var.

“Qiymətlərin belə yüksək olmasının, xalqın acnacaqlı durumunun səbəbkarı sizsiniz. Gömrük, vergi, sistemindəki hüdudsuz qanunsuzluqlar, bərabər imkanlar və azad rəqabət şəraitinin olmaması, qəsb etdiyiniz hakimiyyətin yaratdığı nə hüquqa, nə dinə, nə insanlığa sığmayan cinayətkar mühitdir”.

Xatırladaq ki, iki gün öncə Yaşıl Bazarda olan baş nazirin müavini Əli Əhmədov kənd təsərrüüfatı məhsullarının baha olduğunu bildirmişdi.

Mənbə: yenisabah.az