İranın sərbəst buraxılan neft gəmisi Türkiyə sahillərinə üz tutub

İranın sərbəst buraxılan neft gəmisi Türkiyə sahillərinə üz tutub

ABŞ-ın barəsində təhdidlər ünvanladığı İranın "Adrian Darya" neft gəmisi Türkiyə sahillərinə üz tutub.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" gəmilərin hərəkət istiqamətini müəyyənləşdirən "marinetraffic.com" saytına istinadla məlumat verib.

Bildirilib ki, iki milyon barel neft yükü olan İran neft gəmisi "Adrian darya" Türkiyənin Mersin limanına üz tutub.

"Associated Press" bildirib ki, Avtomatik İdentifikasiya Sisteminin (AİS) verdiyi məlumatlara görə "Adrian darya" hazırda Aralıq dənizində Siciliya adasının cənubundadır.

Mənbə: www.interaztv.com