Britaniya Səudiyyə Ərəbistanına 6.2 milyard dollar dəyərində silah satacaq

Britaniya Səudiyyə Ərəbistanına 6.2 milyard dollar dəyərində silah satacaq

Eastnews.org-un verdiyi xəbərə görə, Britaniya hökuməti Yəməni bombalayan Səudiyyə Ərəbistanına yeni silah satışını təsdiqləyib.

Bu barədə hökumət rəsmi açıqlama yayıb.

Rəsmi açıqlamada vurğulanır ki, satılacaq silahların dəyəri 6.2 milyard dollardır.

Yəmənin "Ənsarullah" hərəkatı da məlumat yayaraq, Britaniyanın addımını pisləyib və bu silahlardan Yəməndə dinc sakinlərə qarşı istifadə olunduğunu qeyd edib.

Mənbə: eastnews.org