Sinqapur şirkəti Türkmənistanda qaz kompressor stansiyası inşa edəcək

Sinqapur şirkəti Türkmənistanda qaz kompressor stansiyası inşa edəcək

Aşqabad, 24 avqust, AZƏRTAC

Sinqapurun “GP Global Equipment Pte” Ltd şirkəti Türkmənistanda qaz kompressor stansiyası inşa edəcək.

AZƏRTAC xəbər verir ki, “Türkmənqaz” Dövlət Konserni ilə “GP Global Equipment Pte” Ltd arasında Mərkəzi Qaraqumdakı qaz kondensat yataqlarının “Zäkli-Derweze” qaz təmizləyici qurğusunda illik gücü 2 milyard kubmetr olan qaz kompressor stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı müqavilə imzalanacaq. Türkmənistan Prezidenti bununla bağlı sənədi imzalayıb.

Tikintisi 2019-cu ilin sentyabrında başlayacaq stansiyanın 2022-ci ilin fevralında istismara verilməsi planlaşdırılır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

Mənbə: azertag.az