"British Airways" onlarla reysi təxirə salıb

"British Airways" onlarla reysi təxirə salıb<span class="qirmizi"></span>

Böyük Britaniyanın "British Airways" avia şirkəti texniki nasazlığa görə Londonun "Hitrou" hava limanından onlarla reysi təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, on minlərlə sərnişinin uçuşu təxirə salınıb.

Bildirilib ki, saat 21:00 radələrində hava limanının gəliş-gediş cədvəlində 79 reysin ləğv edildiyi göstərilib.

Mənbə: news.milli.az