ABŞ defolta hazırlaşır: Bu şəxslərə 130 milyard yardım ediləcək

ABŞ defolta hazırlaşır: Bu şəxslərə 130 milyard yardım ediləcək<span class="qirmizi"></span>

ABŞ Maliyyə Nazirliyinin rəhbəri mümkün defolt tarixini iyunun 1-dən iyunun 5-nə keçirib.

Publika.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Janet Yellen, Konqresin milli borcun tavanını 31,4 trilyon dollara qaldırmayacağı təqdirdə hökumətin defolt olacağını bildirərək, milli borc limitinin artırılması üçün iyunun 5-nə qədər son tarix təyin edib.

Konqresə göndərdiyi məktubda Yellen bildirib ki, onun agentliyi iyunun ilk iki günündə veteranlara və xəstələrə130 milyard dollardan çox planlı ödənişlər edəcək.

O həmçinin deyib ki, nazirlik cümə axşamı günü təcili pul vəsaitlərinin idarə edilməsi tədbiri görərək, potensial defoltun qarşısını almaq üçün Dövlət İşçiləri və Əlillər Təqaüd Fondu və Federal Maliyyə Bankı arasında təxminən 2 milyard dollarlıq xəzinə qiymətli kağızlarını dəyişdirib.

Mənbə: publika.az