Deputat: “Büdcəyə edilən dəyişikliklər Böyük Qayıdış prosesini sürətləndirəcək” - FOTO

Deputat: “Büdcəyə edilən dəyişikliklər Böyük Qayıdış prosesini sürətləndirəcək” - FOTO<span class="qirmizi"></span>

Deputat: “Büdcəyə edilən dəyişikliklər Böyük Qayıdış prosesini sürətləndirəcək” - FOTO

“Neftin dünya bazarındakı qiymətində artımlar 2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə yenidən baxılmasına və dəyişilməsinə səbəb oldu. Nəzərə alsaq ki, qiymət 50 dollardır, hazırda son beş ay üçün qiymət büdcədə nəzərdə tutulandan kifayət qədər çoxdur. Ona görə də qiymətin artırılması ilə bağlı xüsusi qərar qəbul edildi”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, burada məqsəd məhz dövlət büdcəsinin gəlir və xərclərində artımın müşahidə olunmasıdır. Büdcə gəlirlərinin artması fərqli istiqamətlərə daha çox vəsait xərclənməsinə səbəb olacaq.

Büdcənin gəlir və xərclərinin artırılmasının əməkhaqqı və pensiyalara təsiri barədə danışan deputat diqqətə çatdırıb ki, hazırda prioritet işğaldan azad edilmiş ərazilər və milli təhlükəsizlik olduğu üçün bu istiqamətdə işlər görüləcək. Xüsusən də, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurulmasına daha çox vəsaitin ayrılması həyata keçiriləcək.

“Bu istiqamətdə daha çox vəsaitin ayrılacağı nəzərdə tutulur. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Eyni zamanda, 2026-cı ilədək 34 min 600 ailə Qarabağ və Şərqi Zəngəzura köçürüləcək. Bu, təxminən 150 min vətəndaş deməkdir”, - deyə Vüqar Bayramov vurğulayıb.

Mənbə: moderator.az