Çinlilər Azərbaycana kütləvi axın edir - 6 dəfə artım

Çinlilər Azərbaycana kütləvi axın edir - 6 dəfə artım<span class="qirmizi"></span>

Turizmin inkişafı naminə Asiya üzrə əsas hədəf bazarlardan biri də Çin hesab olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə iki dəfə olmaqla uçuşlar həyata keçirilir. Qeyd edək ki, bu ilin mart ayında pandemiyadan sonra ölkəmizə Çindən ilk turist qrup səfərlərinə start verilib. Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.

Bu barədə Axar.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin aprel ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2022-ci ilin aprel ayı ilə müqayisədə 6 dəfəyə qədər artıb.

Mənbə: axar.az