Ərdoğan əmlak bəyannaməsini açıqladı - 259 min dollar çox borcu var

Ərdoğan əmlak bəyannaməsini açıqladı - 259 min dollar çox borcu var<span class="qirmizi"></span>

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan əmlak bəyannaməsi dərc edib, ona görə çox az əmanət və kifayət qədər böyük borcu var.

Redaktor.az bu barədə kinci turunun təsdiq edilmiş yekun nəticələrini dərc edən “Resmi Gazete”yə istinadən xəbər verir.

Bəyannaməyə görə, 2019-cu ildən Ərdoğan həyat yoldaşı ilə İstanbulun Üsküdar rayonunda 7,7 milyon türk lirəsi (370 min dollar) dəyərində mənzili, həmçinin 1988-ci ildən Qara dəniz sahilindəki Rizə vilayətində 0,2 hektar torpaq sahəsini paylaşıb.

Prezidentin üç bankdakı hesablarında 1,8 milyon lirədən (86 min dollardan çox) çox pul var.

Bundan başqa bəyannamədə onun qardaşı Mustafa Ərdoğana 5 milyon 390 min lirə (259 min dollar) borcu olduğu da göstərilib.

2014-cü il bəyannaməsinə görə, prezidentin səkkiz bankda hesabları olub.

Bəyannaməyə də o d qeyd edilib ki, Ərdoğanın şəxsi avtomobili yoxdur, baxmayaraq ki, 2014-cü ildə " Audi A8"-ə sahib idi. Aprel ayında isə Ərdoğanın xanımına Türkiyə istehsalı olan ilk TOGG elektrik avtomobili hədiyyə edilib.

Tunar Altunbay

Mənbə: redaktor.az