Nazir müavini: "Bu il orta əmək haqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırırıq"

Nazir müavini: "Bu il orta əmək haqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırırıq"<span class="qirmizi"></span>

"Bu il orta əmək haqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırırıq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib.

O bildirib ki, 2018-ci ildə leqal əmək haqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır: "Bizim əsas hədəflərimiz şəxsin əmək bazarına daxil olarkən onun bilik, bacarıq və kvalifikasiyalara sahib olmasıdır. Proqnozlar göstərir ki, peşə təhsili olanların növbəti dövrlərdə uğurlu karyera qurma imkanları ixtisaslı şəxslərə münasibətdə daha yüksəkdir".

Mənbə: report.az