Enerji təhlükəsizliyimiz Azərbaycanın sayəsində möhkəmlənib

Enerji təhlükəsizliyimiz Azərbaycanın sayəsində möhkəmlənib<span class="qirmizi"></span>

Enerji təhlükəsizliyimiz Azərbaycandan gələn qaz sayəsində daha da möhkəmlənib.

Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.

"Macarıstanın "MVM CEEnergy" şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış müqaviləyə əsasən, Macarıstan 2023-cü ilin sonuna kimi Azərbaycandan 100 milyon kubmetr təbii qaz alacaq. Bu, Macarıstana təbii qaz tədarükünün şaxələndirilməsində növbəti mərhələdir", - Siyarto qeyd edib.

Mənbə: axar.az