“Saudi Aramco” Asiya, ABŞ və Avropa üçün neft qiymətlərini artırıb

“Saudi Aramco” Asiya, ABŞ və Avropa üçün neft qiymətlərini artırıb<span class="qirmizi"></span>

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" şirkətin məlumatlarına istinadən məlumat yayıb.

"Arab Light" markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq. Şirkət, həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.

ABŞ və Şimal-Qərbi Avropa üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb.

Mənbə: report.az