Yol hərəkətinə dair qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq

Yol hərəkətinə dair qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq<span class="qirmizi"></span>

Azərbaycanda yol hərəkəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması üçün araşdırmalar aparılır.

Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, bu işlər "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsi çərçivəsində həyata keçirilir.

"O cümlədən, yol hərəkətinin təhlükəsizliyi ilə bağl qanunvericilik bazası nəzərdən keçirilir, dövlət orqanlarının necə işlədiyi araşdırılır. Növbəti mərhələdə təkliflər hazırlanacaq", - deyə nazirlik rəsmisi qeyd edib.

Onun sözlərinə görə, tvinninq layihəsi 2 ili əhatə edir: “Layihə çərçivəsində Litva və Polşadan olan ekspertlərin missiyaları təşkil edilir. Yol hərəkətinin təhlükəsizliyi ilə məşğul olan dövlət qurumlarının nümayəndələrinin potensialının artırılması önəmlidir. Bu istiqamətdə Litva və Polşaya tədqiqat səfərlərinin təşkil edilməsi nəzərdə tutulur”.

Mənbə: report.az