Hər gün pis qidadan 340 uşaq ölür

Hər gün pis qidadan 340 uşaq ölür<span class="qirmizi"></span>

Hər gün qida mənşəli xəstəliklər nəticəsində 5 yaşınadək 340 uşaq həyatla vidalaşır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatda deyilir. Qeyd olunub ki, təhlükəli ərzaqlardandan istifadə nəticəsində hər gün 1,6 milyon insan xəstələnir. Qeyd olunub ki, qida standartları ərzaqların istehsalı və saxlanmasının bütün mərhələlərində vacibdir və nizamlayan orqanlar, istehsalçılar və tədarükçülər bu standartlara riayət olunmasında əsas rol oynayır.

Vurğulanıb ki, istehlakçılar risk amilləri barədə zəruri məlumatı almaqla, evdə keyfiyyətli qidalanmaya və ərzaq məhsullarından təhlükəsiz istifadə standartlarına üstünlük verməklə özləri də öz sağlamlıqlarının qeydinə qala bilərlər.

Mənbə: azvision.az