Rişi Sunak ABŞ-yə getdi

Rişi Sunak ABŞ-yə getdi<span class="qirmizi"></span>

Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ-yə iki günlük səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisi məlumat yayıb.

Rişi Sunak ABŞ prezidenti Co Bayden, konqres üzvləri və aparıcı amerikalı iş adamları ilə görüşlər keçirəcək.

Britaniya hökumətinin mesajında ​​həmçinin bildirilir ki, Amerika şirkətləri Britaniyaya 14 milyard funt sterlinqdən (17,4 milyard dollar) çox yeni sərmayə qoyublar. İki ölkə arasında ticarət əməkdaşlığı ildə 279 milyard funta çatır.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org