Türkiyə bu il Akkuyu AES-də elektrik enerjisi istehsalına başlamağı planlaşdırır

Türkiyə bu il Akkuyu AES-də elektrik enerjisi istehsalına başlamağı planlaşdırır<span class="qirmizi"></span>

Türkiyə 2023-cü ildə Akkuyu Atom Elektrik Stansiyasında ( AES ) elektrik enerjisi istehsalına başlamaq niyyətindədir. 2028-ci ildə elektrik enerjisi üzrə quraşdırılmış gücün 135 min MVt-ı ötəcəyi planlaşdırılır.

"Unikal" xəbər verir ki, 2023-cü il aprelin sonunda Rosatom dövlət korporasiyasının baş direktoru A. Lixaçev Akkuyu AES-in sahəsinə nüvə yanacağının çatdırılması mərasimi zamanı Türkiyədə Akkuyu AES-in 1-ci enerji blokunun reaktorunun işə salındığını elan etdi.

Akkuyu AES-in 2023-cü ildə elektrik enerjisi istehsal etməyə başlaması gözlənilir.

Türkiyədə Rusiyanın iştirakı ilə tikilən 1-ci Atom Elektrik Stansiyası Aralıq dənizi sahilində Mersin vilayətində yerləşir. Layihə 2010-cu ilin mayında Rusiya və Türkiyə arasında bağlanmış Akkuyu ərazisində AES -in tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Enerji blokları , stansiya təxminən 35 milyard kVt/saat istehsal edəcək və Türkiyənin elektrik ehtiyacının 10%-ni qarşılayacaq.
Stansiyanın tikintisinə 2018-ci ilin aprelində başlanılıb, onun dəyəri təxminən 20 milyard ABŞ dollarıdır.
Akkuyu AES nüvə sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.

Mənbə: www.unikal.org