Rusiya Türkiyənin qaz qovşağı layihəsinin icrasının sürətlənəcəyini gözləyir

Rusiya Türkiyənin qaz qovşağı layihəsinin icrasının sürətlənəcəyini gözləyir<span class="qirmizi"></span>

Rusiyanın Energetika Nazirliyi hazırda Türkiyədə qaz qovşağının yaradılması layihəsinin sürətləndirilməsi üçün hər cür şəraitin olduğunu hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.

“Müddət (Türkiyədə qaz qovşağının təşkili üçün – red.) hələ müəyyən edilməyib, lakin iş gedir. Düşünürəm ki, indi həmkarlarla birlikdə məsələnin həllini sürətləndirmək üçün hər cür şərait var”, - o deyib.

Mənbə: report.az