Metro işçilərinin maaşları 15 % artırılıb

Metro işçilərinin maaşları 15 % artırılıb<span class="qirmizi"></span>

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

“Report”un əldə etdiyi məlumata görə, artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub.

Qərar metroda çalışan 5 000-ə yaxın əməkdaşın hamısına şamil edilib.

Qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.

Mənbə: report.az