Proqnozları düz çıxan məşhur iqtisadçıdan dollar açıqlaması: kəskin bahalaşacaq

Proqnozları düz çıxan məşhur iqtisadçıdan dollar açıqlaması: kəskin bahalaşacaq

Dünyada yeni iqtisadi böhran başlasa, bu, dərhal dolların məzənnəsinin kəskin artmasına səbəb olacaq.

Bu barədə rusiyalı iqtisadçı ekspert Mixail Xazin xəbərdarlıq edib.

Ekspert izah edib ki, istənilən fəlakət hazırda mövcud olan ən likvid və çox yönlü aktivə tələbin sürətlə artmasına gətirib çıxarır.

“Bu səbəbdən yaxın gələcəkdə böhran başlayarsa, bu, dolların bahalaşması üçün stimul rolunu oynayacaq. Dünyanın hər yerindən olan investorlar pullarını ən rahat, tanıdıqları və başa düşülən təhlükəsiz aktivdə saxlamaq üçün kütləvi şəkildə hərəkətə keçəcəklər. Məhz buna görə də bütün ölkələrdə dolların məzənnəsi kəskin yüksəlməyə başlayacaq”, - M. Xazin qeyd edib./Publika.az 

Mənbə: musavat.com