Böyük Britaniya və Ukrayna müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq sazişi imzalayıb.
Bu barədə TASS məlumat yayıb.
Krallığın Biznes və Ticarət Nazirliyinin bəyanatında bildirilib ki, saziş Britaniya şirkətlərinə Ukrayna ərazisində təmir zavodları açmağa imkan verəcək: “Əməkdaşlığın gücləndirilməsi nəticəsində Britaniyanın ən böyük müdafiə şirkətləri, Ukrayna Silahlı Qüvvələri və Ukrayna şirkətləri strateji hərbi təmir müəssisələrinin yaradılmasından tutmuş mülki infrastrukturun bərpasına və kiberhücumlardan qorunma texnologiyalarının tətbiqinə qədər onlarla layihə həyata keçirə bilərlər”.
Qeyd edilib ki, Britaniyanın “BAE Systems” müdafiə şirkəti Kiyevə Ukrayna ərazisində təhvil verilmiş L119 yedəkli silahlara texniki qulluq və təmir üçün Britaniyanın Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Mənbə: report.az