Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu açıqlayıb

Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu açıqlayıb

Dünya Bankının proqnozlarına görə, Azərbaycanda 2024-cü ildə illik inflyasiya 3%, 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 4% təşkil edəcək.

Bu barədə Bankın Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

“Daxili tələbatın mülayim artımı və qlobal ərzaq qiymətlərinin sabitləşməsi nəticəsində orta illik inflyasiyanın aşağı səviyyədə qalacağı, ortamüddətli perspektivdə 2,2% səviyyəsində olacağı proqnozlaşdırılır”, - hesabatda bildirilir.

Mənbə: apa.az