Bu gündən istilik təchizatı DAYANDIRILIR

Bu gündən istilik təchizatı

Bu gündən ölkə ərazisində qış rejimi başa çatır. Yəni bu o deməkdir ki, əhaliyə və qeyri-əhaliyə dövlət tərəfindən istilik təchizatı xidməti aprelin 15-dən etibarən dayandırılır.

Məsələ ilə bağlı Bizim.Media-ya məlumat verən “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, başa çatan mövsümdə tərəfimizdən 3871 yaşayış binası, 184,5 minə yaxın mənzil, 284 orta məktəb, 159 uşaq bağçası, 147 səhiyyə müəssisəsi və 2600-ə yaxın sosial və təsərrüfat hesablı obyektləri 559 qazanxana və 88 istilik məntəqəsi hesabına istiliklə təmin edilib:

“2023-2024-cü illlərin payız-qış mövsümlərində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı mərkəzinə 25 min 840 vətəndaş müraciət edib. Bunlardan 15 min 589-u istilik və isti su təchizatı xidmətləri, 2459-u borcla əlaqədar, 7797-si isə digər məsələlərlə bağlı olub”.

Mənbə: bizim.media