Dünyada bu qədər qida zibilliyə atılır - Şok hesabat

Dünyada bu qədər qida zibilliyə atılır - Şok hesabat

Ümumdünya Ərzaq Proqramının araşdırmasına görə, qlobal miqyasda istehsal edilən, lakin yeyilmədən atılan qida 2 milyard insana bəs edir. Bu rəqəm qida çatışmazlığından əziyyət çəkən insanların sayından iki dəfə çoxdur.

Dünyanın ən böyük qida, içki, xidmət təşkilatlarından biri olan “Compass Group” tərəfindən 2017-ci ildə başladılan Qida Tullantılarını Dayandırma Günü qlobal qida itkisi və israfına diqqət çəkmək və maarifləndirmək üçün qeyd edilir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, ərzaqların 17 faizi evlərdə və pərakəndə satışda israf olunur.

Qida istehsalındakı çatışmazlıq qlobal aclıq böhranına səbəb olmur, əksinə, hazırda dünyada hər bir fərd üçün kifayət qədər qida istehsal olunur. Buna baxmayaraq, dünyanın hər yerində insanlar aclıqla mübarizə apararkən, bir çox zəngin ölkələrdə yeməklərin çoxu yeyilmədən atılır.

Zəngin ölkələrdəki istehlakçılar hər il Sub-sahara Afrikanın xalis qida istehsalı qədər ərzaq israfçılığına səbəb olurlar. Qida tullantıları qlobal iqtisadiyyata hər il təxminən 1 trilyon dollara başa gəlir.

Roza Şəfiyeva

Mənbə: publika.az