“Euronews”un Bakı Limanının ekoloji layihələri haqqında - Geniş videomaterialı

“Euronews”un Bakı Limanının ekoloji layihələri haqqında - Geniş videomaterialı

COP29 beynəlxalq konfransı ərəfəsində “Euronews” kanalı Xəzər hövzəsində ilk “Yaşıl Liman” beynəlxalq statusu alan Bakı Limanı haqqında videoreportaj hazırlayıb.

Videoreportajda qeyd olunub ki, 2019-ci ildən bəri Bakı Limanı ekoloji layihələrə ciddi nəzər yetirir və karbon emissiyasının 2035-ci ilə qədər sıfıra endirilməsi üçün kompleks tədbirlər həyata keçirir.

Tullantı sularının təmizlənməsi, limanda aparılan ağacəkmə kampaniyası, istifadə olunan günəş enerjisi haqda məlumat verilib. Həmçinin Bakı Limanının sosial sahədə Ələt məktəbliləri üçün həyata keçirdiyi layihələrdən biri olan “RoboPort” barədə məlumat verilib, iştirak edən şagirdlər layihə barədə fikirlərini bölüşüblər.

Bundan başqa, videomaterialda limanın korporativ sosial məsuliyyət proqramı çərçivəsinə Ələt qəsəbəsində salınan Eko Park haqqında məlumat təqdim olunub.

Mənbə: qafqazinfo.az