Prezidentin ucuz dollar planı: Ölkəyə hava-su kimi lazımdır

Prezidentin ucuz dollar planı: Ölkəyə hava-su kimi lazımdır

ABŞ Prezidenti Donald Trampın müşaviri Con Boltonla bağlı qəbul etdiyi gözlənilməz qərar onun digər qərarlarının da belə sürpriz olacağını düşünməyə əsas verib. Xüsusilə də söhbət dollarla bağlı Trampın verəcəyi qərardan gedir.

Cebhe.info xəbər verir ki, Trampın maliyyə bazalarına təsir etmək istəyi bir çoxları tərəfindən ciddi təhdid kimi qəbul edilmir. Ancaq indi bəzi ekspertlər düşünürlər ki, əslində Trampın təhdidi realdır. Artıq ABŞ mətbuatında Trampın Maliyyə Nazirliyi ilə birlikdə valyuta bazarı ilə bağlı tədbirlər hazırladığına dair xəbərlər dolaşır. Bu xəbərlərin fonunda dollar xüsusilə avro qarşısında zaman-zaman dəyər itirib.

Ucuz dollar Trampa hava-su kimi lazımdır. Bu olmasa, Trampın geosiyasəti heç bir nəticə verməyəcək.

İnvestorlar Trampın valyuta bazarındakı aktivliyinin mənfi nəticələrinə inanmırlar, çünki belə hal tarixdə olmayıb. "Amma indiyə qədər olmaması bundan sonra da olmayacağı anlamına gəlmız", - deyə “Scowcroft Group"un baş analitiki Kevin Hiler deyib.

O bildirib ki, avro hazırda dollar qarşısında dəyər itirir. Bu isə avrozonaya daha böyük imkanlar qazandırır:

"Bizim dollar hazırda ən güclüsüdür. Yaxşı səslənir, elə deyilmi? Amma təbii ki, bu, ABŞ hüdudlarından kənarda mal satmaq istəyənlər üçün istisnadır".

Başqa bir problem isə ondan ibarətdir ki, Trampın israrları investorları ABŞ-a investisiya yatırmaqdan da çəkindirir. Bu il dövlət istiqraz bazarında xaricilərin payı 40 faizə qədər düşüb. Bu isə son 15 ildə minimumdur.

Nəzərə alaq ki, ABŞ borc içində yaşayır, büdcə kəsiri 1 trilyon dollardır, dollara olan inamın azalması "pis zarafat" olardı. Ancaq bunun Trampın dollarla bağlı qərarlarının icrasına mane olub-olmayacağını indidən demək çətindir.

Təbii ki, Tramp da Çin nümunəsində olduğu kimi milli valyutanın məzənnəsinə təsiretmə gücü əldə etmək istərdi. Ancaq o, Çin liderindən fərqli olaraq iki yoldan birini seçməlidir. Tərəzinin bir gözündə ehtiyat dollar və faktiki olaraq ondan istədiyi qədər götürmək imkanı, digər tərəfində isə kursla manipulyasiya etmək imkan var.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info