Ukraynanın AV “Lixt” şirkəti Azərbaycanla əməkdaşlığa maraq göstərir

Ukraynanın AV “Lixt” şirkəti Azərbaycanla əməkdaşlığa maraq göstərir

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Ukraynanın AV “Lixt” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Şirkətin əməkdaşlıq təklifi AZPROMO-ya daxil olub. AV “Lixt” “Seçmə bitkilərin” yetişdirilməsində, sahibkar və ferma təsərrüfatlarına yardım göstərilməsi sahəsində ixtisaslaşıb.

Mənbə: azertag.az