Bakının bu rayonunda qaz kəsiləcək

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 23:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, N.Yusifbəyli, A.Bakıxanov, N.Vəzirov, H.Sarabski, Mərdanov Qardaşları, H. Ələsgərov, A.Nəsibov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: qafqazinfo.az