Bakı Nəqliyyat Agentliyi piyada keçidinin qazona dirənməsi ilə bağlı yayılmış fotoya münasibət bildirib

Bakı Nəqliyyat Agentliyi piyada keçidinin qazona dirənməsi ilə bağlı yayılmış fotoya münasibət bildirib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində piyada keçidinin qazona dirənməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib.

Qurumun mətbuat katibi Mais Ağayev “Report”a açıqlamasında bildirib ki, həmin yerdə işlər tamamlanmayıb.

"Bu cür foto paylaşmaq görülən işlərə qarşı inamsızlıq yaradır və təxribat törətmək məqsədi daşıyır", - o qeyd edib.

Mənbə: report.az