Azərbaycanın energetika naziri OPEC-in baş katibi və rusiyalı həmkarı ilə neft bazarındakı vəziyyəti müzakirə edib

Azərbaycanın energetika naziri OPEC-in baş katibi və rusiyalı həmkarı ilə neft bazarındakı vəziyyəti müzakirə edib

Əbu-Dabidə səfərdə olan energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat evrilib.

Görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, “OPEC plus” ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə “OPEC plus” iştirakçılarının rolu yüksək qiymətləndirilib. “OPEC plus” əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub.

Nazir Pərviz Şahbazov Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə də görüşüb. Görüşdə şirkətin külək enerji sahəsində əməkdaşlığa dair təklifləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə: report.az