İraq Suriya ilə quru sərhədi açmağa hazırlaşır

İraq Suriya ilə quru sərhədi açmağa hazırlaşır

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu sərhəddə yerləşən Əl-Qaim şəhərinin meri Əhməd Jidyan deyib.

Jidyan Əl-Qaimdəki nəzarət məntəqəsinin bərpası üçün işlərin 90% tamamlandığını söyləyib. Qalan 10%-i əsasən sərhəd keçidində enerji təminatını bərpa etmək kimi lojistik vəzifələrdir.

Bundan əvvəl rəsmi Bağdad qərb qonşusu ilə sərhədi sentyabrın 7-də açmaq istədiyini bildirmişdi, lakin Suriya tərəfindən də tikinti işlərinin davam etməsilə əlaqədar bu, daha sonra baş verəcək

Əl-Qaim yoxlama məntəqəsinin açılması hər iki ölkədə vəziyyətin xeyli yaxşılaşmasına səbəb olacaq, çünki Suriya ilə İraq arasında ikitərəfli ticarət həmişə sabit iqtisadi artımın qarantı olub.

Sevinc Əliyeva

Mənbə: ordu.az