Skandinavlar sualtı dəmiryolu xətti çəkir

Skandinavlar sualtı dəmiryolu xətti çəkir

Bütün Finlandiya bu hadisəni gözləyir. Sualtı tunel Skandinaviya ölkəsini Avropanın qalan hissəsi ilə birləşdirməlidir.

Beləcə, ölkə əhalisinin səyahət imkanları genişlənir, insanlar daha az xərcə düşürlər.

Bizimyol.info xəbər verir ki, Avropa İttifaqı bu layihəyə pul ayırmalı idi, amma hələ xəbər yoxdur. Çinli investorlar bunu həyata keçirməyə hazırdır.

Coğrafi vəziyyətə görə Skandinaviya ölkələri Avropa ittifaqının inkişaf etmiş dövlətlərindən ayrı düşüb. Almaniya, Fransa, Hollandiya ilə nəqliyyat əlaqəsi üçün Baltik dənizini keçmək lazımdır. İndki halda həm çoxlu pul gedir, həm də vaxt. Finlandiyanın coğrafi vəziyyəti Skandinaviyanın digər ölkələri ilə müqayisədə lap əlverişsizdir. Sualtı dəmiryoluna çox ehtiyac var.

Helsinkidən Tallinə su yolu ilə getmək olur. Paromlar finləri paytaxtdan Estoniyanın əsas şəhərinə 2-3 saata çatdırır. Halbuki sualtı dəmiryolu cəmi 30 dəqiqə tələb edərdi.

İki xətt çəkilməsi planlaşdırılır. Yəni həm sərnişin, həm də yük yolları olacaq. İndi investorları bir məsələ düşündürür: xərci borcunu ödəyəcəkmi? Məsələn, La-Manş boğazındakı tunel bu baxımdan sərfəli sayılmadı.

Bütün hallarda sualtı dəmiryolu layihəsi Avropa İttifaqında ən yüksək səviyyədə müzakirə olunur. Tunelin uzunluğu azı 60 km olacaq və bununla da rekord qeydə alınacaq. Yolun funksionallaşdırılması üçün süni ada da yaradılacaq.

Mənbə: www.bizimyol.info