Mikayıl Cabbarov Səudiyyənin energetika naziri ilə “iqtisadi inkişaf hədəflərini” müzakirə edib - FOTO

Mikayıl Cabbarov Səudiyyənin energetika naziri ilə “iqtisadi inkişaf hədəflərini” müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək “iqtisadi inkişaf hədəflərini” müzakirə edib.

Bu barədə nazir “X” hesabında bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, - o qeyd edib.

Mənbə: oxu.az