ABŞ strateji neft rezervlərini ayırır

ABŞ strateji neft rezervlərini ayırır

ABŞ Səudiyyə Ərəbistanının neft emalı zavodlarına dron hücumundan sonra dünya neft bazarındakı vəziyyətin sabitləşməsi üçün strateji rezervlərini ayırmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetik Nazirliyi informasiya yayıb.

Bundan əlavə ABŞ-ın Energetika naziri Rik Perrinin öz əməkdaşlarına zəruri fəaliyyətlərin tapılması üçün Beynəlxalq Energetika Agentliyi ilə birlikdə çalışmağı tapşırdığı qeyd edilib.

Xatırladaq ki, ABŞ-ın strateji neft rezervləri 630 milyon barrel təşkil edir.

Mənbə: axar.az