Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının təlim keçməsinə 36 min manat xərcləyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının təlim keçməsinə 36 min manat xərcləyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əməkdaşlarının fərdi və qrup şəklində təlim keçməsi üçün elan etdiyi kotirovka sorğusunun nəticəsi məlum olub.

“Report” xəbər verir ki, sorğunun qalibi “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) olub.

Bu məqsədlə MBNP ABTM-yə 36 020 manat ödəyəcək.

Mənbə: report.az